107) Namusunu Koruyan Türk Kadını “Şükriye Cevad”

Yayin Tarihi 12 Aralık, 2015 
Kategori AZERBAYCAN SAYFASI, KAHRAMANLAR VE BİLGİNLER

Namusunu Koruyan Türk Kadını “Şükriye Cevad”

image001

“Can yiyesine” bir parça kara çörek

1937 yılı sonunda bir tren Kazakistan çöllerine doğru yol almaktaydı… Vagonda 47 kişi vardı, üç gündür aç susuz yol gidiyorlardı, üstelik ayakta. Aynı vagonda 47 kadın, Kazakistan çöllerine, bir bilinmezliğe götürülen 47 Türk kadını… İçlerinde birisi hepsinden farklıydı, hepsinden daha dik ve mağrur, Azerbaycan Milli Şairi, büyük Türkçü Ahmed Cevad’ın eşi Şükriye Hanım.

Bakü’deki günlerinden tanıdığı Ceyran Bayramova da aynı trende Şükriye Hanım’a eşlik etmekteydi. O Ceyran ki, Bakü’de Şükriyye hanımı görmeye gözü yoktu, tastamam başka dünyaların adamıydılar. Biri bolşevik, öbür bey kızı birbirini bir türlü sindirim edemiyorlardı. Ceyran Bayramova, Rus askerlerinin Şükriye Hanım’a hiç yaklaşmadığına hatta ona tiksinerek baktıklarına şahit olmuştu ve sebebini öğrenmek istiyordu. Daha da önemlisi 6 gündür hiçbir şey yememiş olan Şükriye’nin açlığa nasıl dayandığını merak ediyordu. Birgün dayanamadı ve Şükriye Hanım’a sordu:
– Kendini Rus askerlerinin o uğursuz odasından nasıl koruyorsun, neden sana dokunmuyorlar?
Senden cüzzamlıymışsın gibi kaçıyorlar. Nasıl yaptığını bana da söyle.

Şükriye Hanım başı ile tuvaleti işaret eder.

– Gece tuvalette kapıyı arkadan bağlayıp elbiselerimi çıkarıyorum. Tuvaletin yerini elbiselerimle silip tekrar giyiniyorum. Herkes benden iğreniyor.Yanıma kimse yaklaşmıyor.
Ceyran Bayramova bu cevap karşısında adeta donmuştu, yutkundu, heykel gibi kalmıştı. Ama merak ettiği bir konu daha vardı Şükriye Hanım günlerdir yemeden içmeden nasıl dayanıyordu?
Şükriye Hanım sert bir şekilde cevap verdi:

– Ben, asla hiç kimseye ve hiçbir zaman Cevad’ın namusuna dokundurtmam!

image002
Şükriye yolculuğun birinci gününü, iki kilometre yürüyerek geldikleri o yolu, o günün akşamı giysileriyle tuvaletin tabanını sildiğini, saçını, yüzünü, gözünü ve o dayanılmaz kokuyu hatırladı ve hıçkıra hıçkıra konuştu … Sonra yakasında sakladığı küçük sancağı çıkardı:

-Ben günde bir kez bu sancakla parmağımı delip, herkes yattıktan sonra parmağımdan çıkan kanı emiyorum.

Ceyran parmaklarını birleştirip paslı sancakla deldi ve elini ağzına götürüp bebeğin annesini emdiği gibi parmaklarındaki kanı emmeye başladı. Günlerdir aç olan kadın yetim çocuklar gibi parmaklarını sora sora uyuyordu.

Kazakistan’ın korkunç kampında ömrünün sekiz yılını harcadı Şükriye Hanım. Odun doğradı, yük taşıdı, terzilik yaptı. Ta ki 1955 yılının 30 Temmuzu’na , beraat gününe kadar …

Vatana döndükten sonra yavrularını başına topladı, Şemkir’in Seyfəllisində , Ahmed Cevad’ın ata yurdunda yaşadı ve dünyaya burada vedâ etti.

Cavid Zeynallı

http://news.lent.az/kulis/news/5414

NOT: Bu öykü sadeleştirilerek yayınlanmıştır.

 

ÖYKÜNÜN ASLI

“Can yiyəsinə” bir  tikə qara çörək…          

1937-ci ilin sonunda bir qatar üzü Qazaxıstan çöllərinə doğru yol almışdı. Vaqonda 47 nəfər vardı, üç gündü ac-susuz yol gedirdilər, üstəlik ayaq üstə. Həmin vaqonda Şükriyyədən başqa kim olsa yaxşıdır: Ceyran Bayramova. O Ceyran ki, Bakıda Şükriyyə xanımı görməyə gözü yox idi, tamam-kamal başqa-başqa dünyaların adamıydılar, bir-birini heç cür həzm edə bilmirdilər. Həzm etmək nədir, rastlaşanda bir-birindən üz çevirir, qaşqabaq sallayırdılar. Biri bolşevik, o biri bəy qızı, başqa nə olmalıydı ki? Qatar stansiyada uzun-uzadı fit verdi, 47 nəfər qadın vaqondan atılıb sıraya düzüldü, nəzarətçi qadın beş nəfərin adını oxudu, onları qabağına “qatıb” stansiya hərbçilərinə konserva və çörək əvəzi SATMAĞA apardı. Bu “alver”dən “can yiyəsi”nə bircə tikə qara çörək çatırdı. Acından ölməmək üçün…

Bir stansiya sonra rus hərbçilərinə “bəxşiş” kimi nəzarətçinin gözü Ceyran Bayramovaya zillənir. Şükriyyə Ceyranın söykəndiyi yeşiyin arxasından ayağını çəkir, yeşik yerə düşüb parça-parça olur. Ceyran qatar relsinin üstünə yıxılır, ağız-burnu qanasa da, rus zabitlərinin o məşum otağından xilas olur. Yerbəyer olan kimi Şükriyyənin ayağına yıxıldı, bəy qızı nələri xatırladı: Əhməd Cavadın qolunda salona daxil olur və bu zavallı Ceyranın səsi kürəyini yandırır: ““Knyagina” budur? Fermaya basarıq işləməyə, görək ondan nə qalır”.

Növbəti günlərdə Ceyran Bayramova bircə suala cavab almaqdan ötrü dəridən-qabıqdan çıxırdı: özünü zabitlərin o məşum otağından necə qoruyursan, niyə sənə toxunmurlar?  Niyə, niyə, niyə?

– Səndən cüzam vurmuş kimi qaçırlar. Neyləyirsən ki?! Mənə də de!

Şükriyyə başı ilə tualeti işarə edir, acı-acı gülümsəyir.

Gecə tualet növbəsində qapını arxadan bağlayıb paltarlarımı çıxarıram. Tualetin yerini silib əynimə geyirəm. Hamı məndən iyrənir, yaxın durmur.

Ceyranı elə bil ayağından yerə mismarladılar, udqundu, heykəl təki quruyub qaldı.

– Mən acam, başa düşürsən, acam!

– Yox, mən aclığın nə olduğunu hardan bilim ki?!

– Qisas alırsan? Burda hamımızın taleyi eynidir.

Sükut. Şükriyyə Cavadı, o işıqlı günləri, gül balaları xatırlayır. İlahi,o günləri bir də qaytar, qaytar, qaytar!!!

– Sən ac deyilsən?

– Mən heç kimə heç vaxt imkan vermərəm ki, Cavadın ləyaqətinə toxunsun.

– Necə dözürsən? Altı gündür…

Və köksündən dəhşətli bağırtı qopur: 

– Mən acam. Yemək istəyirəm, su istəyirəm. Boğuluram, boğuluram, axı dözə bilmirəm! Elə bilirsən o çörəyi yeyəndə xəcalət çəkmirəm? Mənə də yol göstər, ləyaqətimi qoruyum.

Şükriyyə yolçuluğun birinci gününü, iki kilometr piyada gəldikləri o yolu, o günün axşamı özünü tualetə verib alt paltarını çıxarıb tualetin döşəməsini sildiyini, saçını, üz-gözünü murdarlamasını xatırladı. Xatırladı və hıçqıra-hıçqıra danışdı…  Sonra yaxasında gizlətdiyi kiçik sancağı çıxardı:

Mən gündə bir dəfə bu sancaqla barmağımı deşib, hamı yatandan sonra soruram. Bax aa, əvvəl adamın ürəyi bulanır.

Ceyran barmaqlarını birləşdirib onları paslı sancaqla deşdi və əlini ağzına təpib körpə anasını əmirmiş kimi sormağa başladı. Ceyran körpə, yetim uşaq kimi barmaqlarını sora-sora yatırdı.

Qazaxıstanın o dəhşətli düşərgəsində ömrün səkkiz ilini xərclədi Şükriyyə. Odun doğradı, yük daşıdı, dərzilik, aşpazlıq elədi. Ta 1955-ci ilin 30 iyuluna – bəraət aldığı günə qədər…

Vətənə dönəndən sonra şəhərbəşəhər düşüb balalarını başına yığdı, Şəmkirin Seyfəllisində – Əhməd Cavadın ata yurdunda yaşadı, dünyayla da burda vidalaşdı.

Cavid Zeynallı

İstifadə olunmuş əsas mənbələr:

Əli Saləddin. “Əhməd Cavad”, Bakı-1992, 323 səh.

“Xural” qəzeti. (Müəllif: Mehriban Ələkbərzadə)

Lent.az (Müəllif: Könül Cəfərli)

Azadlıq.org (“Azadlıq” radiosu, “İz” proqramının mətni; müəllif: Sevda İsmayıllı)

“Mədəniyyət” qəzeti. (Müəllif: Həmidə Nazimqızı)

Və başqa internet materialları.

 

Paylaş:

Yorumlar

“107) Namusunu Koruyan Türk Kadını “Şükriye Cevad”” yazisina 2 Yorum yapilmis

  1. Nurcan yorum tarihi 19 Aralık, 2015 16:23

    Çok etkileyici, teşekkür ederiz.

  2. Turan yorum tarihi 5 Mayıs, 2022 20:39

    Türklük neler çekti neler hep unutuldu unutmak yok olmaktır

Yorum yap