440) FARS’IN YENİ HEDEFİ ELÇİBEY!
Yayin Tarihi 1 Aralık, 2008
Kategori BASIN-YAYIN
FARS’IN YENİ HEDEFİ ELÇİBEY!
Şövenist Fars rejimi gazeteler aracılığı ile Güney Azerbaycan Türklerini tahkir etmeye devam ediyor. Türkleri hamamböceğine benzeten karikatürün yayınlanmasından sonra, şimdi de şerefli Türk beyi Ebülfez Elçibey’e saldırılar başladı.
Tebriz belediyesi’nin mali desteği ile yayınlanan”Tahri Nov” gazetesi, Elçibey’in gençlerin beynini zehirlediğini ve Elçibey’in yolundan giden bozkurtların aslında bozkurt değil, toprak altında debelenen kurtlar olduğunu yazdı!…
Güney Azərbaycanda soydaşlarımız arasında gündən-günə genişlənən istiqlal düşüncəsi fars şovinist rejiminin yuxusunu ərşə çəkib. Xüsusilə 2006-cı ilin 22 may hadisələrindən sonra İran adlanan yerdəki mövcud rejim Güney Azərbaycan Milli Hərəkatının əhatə dairəsini məhdudlaşdırmaq üçün repressiv addımlarla yanaşı, ideoloji, təbliğati işlər də görməyə çalışır. www.D-A-K.org –un Quzey Azərbaycan Respublikasında nəşr olunan “Türküstan” qəzetinə istinadən yaydığı məlumata görə, 22 may hadisələrindən sonra İran adlanan yerdə Azərbaycan türklərinə hesablanmış bir neçə qəzet fəaliyyətə başlayıb. Bu qəzetlərin işi-gücü milli fəalları gözdən salmaq, Azərbaycanın böyük şəxsiyyətlərinə ləkə yaxmaq, Quzey Azərbaycan Respublikasını “Qərbin oyuncağı“ kimi təqdim etməkdir. 22 may hadisələrindən sonra göbələk kimi artan mətbu orqanlardan biri də Təbrizdə nəşr olunan “Təhri Nov” (“Yeni Layihə”) qəzetidir. Təbriz şəhər Bələdiyyəsinin maliyyə dəstəyilə nəşr olunan, lakin özünü “müstəqil” adlandıran bu qəzetdə 22 may hadisələrini doğuran səbəblər haqda geniş bir yazı dərc olunub.
Məqalədə bildirilir ki, bu hərəkat öz mənbəyini Quzey Azərbaycan Respublikasından – Əbülfəz Elçibəyin ortaya atdığı Bütöv Azərbaycan ideyasından götürüb. Yazıda Quzey Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin tərcümeyi-halı verilib. Burada Əbülfəz Elçibəyin bir zamanlar Misir Ərəb Respublikasında keçmiş SSRİ-nin səfiri işlədiyi qeyd olunur (Halbuki Əbülfəz Elçibəy Misirdə səfirlikdə deyil, inşaat sahəsində tərcüməçi işləyib). Məqalədə vurğulanır ki, Əbülfəz Elçibəyin Qafqazda ikinci həyat verdiyi pantürkist ideyaları Güney Azərbaycanda bəzi gənclərin beyinlərini zəhərləyib. Bozqurdların lideri (Əbülfəz Elçibəy nəzərdə tutulur) gəncləri doğru yoldan azdıraraq pantürkist ideyalarının quluna çevirib. Hətta qəzet Quzey və Güney Azərbaycanda olan türk millətçilərini təhqir etməkdən də özünü saxlaya bilmir: “”Şimali İran”da (fars şovinistləri Quzey Azərbaycanı belə adlandırır) və bu tayda olan bəzi adamlar özlərini Əbülfəz Elçibəyin davamçıları sayırlar və özlərini bozqurdçu hesab edirlər. Amma qurd dedikdə heç də ağlınıza canavar gəlməsin. Onlar torpağın altında eşələnən qurdlardandır”. Xatırladaq ki, 22 may hadisələrindən əvvəl də “İran” adlanan rəsmi qəzet Azərbaycan türklərini təhqir edərək, tarakana bənzətmişdi. Nəticədə bu pislik Güney Azərbaycan Milli Hərəkatına ciddi təkan verdi. Yəqin güneyli soydaşlarımız fars şovinist rejiminin növbəti təhqirinə də layiqli cavab verəcəklər.
TÜRK GÜNDEM HABER MERKEZİ
Yorumlar
“440) FARS’IN YENİ HEDEFİ ELÇİBEY!” yazisina 1 Yorum yapilmis
Yorum yap
Zavallı Farisiler….
Zavallı densizler….
Zavallı haddini bilmezler…
Her ifadenin içi doludur.