654) AZERBAYCAN GENÇLİĞİNE GECİKMİŞ TEBRİK MEKTUBU

Yayin Tarihi 4 Şubat, 2013 
Kategori AZERBAYCAN SAYFASI, KATEGORİLENMEMİŞ

Azərbaycan gəncliyinə gecikmiş təbrik məktubu

image0015.jpg

Azərbaycan gəncliyi!

Ən yaralı mövzumdur mənim… İllər boyu üzərinə getdiyim, anlamağa çalışdığım, o “kimliyin” həndəvərini, əhatə dairəsini, “necəliyini”, üzərindəki missiyanı, xarakterini  çək-çevir etdiyim, gerçək təfərrüatına varmaq istədiyim bir mövzu!

…Siyasətə gəldiyimdə çox gənc idim. 18 yaşı yenicə tamam olan sadəlövh  bir gənc.

Hələ indi-indi  anlayıram ki,  15 il öncə gördüyüm, baxdığım, toxunduğum hər şeyin rəngi gerçəkdən bam-başqa imiş.  Siyasətin, siyasətçilərin, gələcəyin, arzuların, ümidlərin özü də daxil..

Və ya, bu elə bir yaş dövrü ki, o yaşda insan beyni “pisliklər”in, “nadanlıqlar”ın, “xəyanətlərin”hətta  ehtimalını belə öz yaxınına buraxmır..O sadəcə gördüyü işlə qürur duyur. O sadəcə sevinir. Nə etdiynin fərqinə varsa da, nə baş veridyinin fərqinə varmadan sevinir…

Bu minvalla 3 il, 5 il, 10 il keçir…Bir baxırsan ki, demə özündən başqa fədakar yoxmuş ortada. (Təbii, buna fədakarlıq demək mümkünsə) Varsa da özünəbənzərlər imiş.  Ya da fədakar anlayışını tam başqa meyarla, etalonla beyninə əxz etmisən, pərçimləmisən..           

Sən müxalifəti  –  dostların, ailən isə səni fanatizmdə ittiham edir.  Sən müxalifət liderlərinə(haqlı olaraq!)“gənc yaşında birilərini siyasətə müxalifətçi kimi gətirib, elə müxalifətdəcə pensiya yaşına çatdıran”-  damğasını vurursan. Səni yaxından tanıyanlar, əzizlərin,  doğmaların isə bir gün dözməyib “Sənin də pensiya yaşına bir şey qalmadı amma” – tənəsini üzünə, gözünə, ya da təpənin düz ortasına çırpmağa məcbur olurlar.

Və beləcə…bir gün anlayırsan ki, atıldığın  qaynar ortamın məğzi, özünəməxsusluğu gərəkdiyi anda  dar və  bəlli  həqiqətlərlə tükənə bilirmiş əslində.  Ya da, o qaynar ortamda təriflərin, gözəl sözlərin TAM  bolluğuna qərq olmuşkən,  sahib çıxılmağın, əl uzadılmağın  KƏM  fövqündə qalmağı da göz önünə  almalı  imişsən bir gün…

***
Mən siyasətçiyəm. Elə bu səbəbdən, İllərdir  ciddi bir rakurs fərqi ilə müşahidə etdiyim GƏNCLİK anlayışı da  məhz bu kontekstdə mənim üçün daha maraqlı olub.  Həmin gəncliyi  qərarlaşdığım, mənsub olduğum sahədən öz baxış üçbucağımla  təsnif etməyə çalışmışam:

İlk öncə  müxalif gənclikdən başlayım…

Bir qəribədir onlar.. 

Dediyini deyən, haqlı-haqsız iddialarda bulunan, emosyalarını cilovlaya bilməyən, iftiralar püskürən, “Çe Qevara”lıq, “Polat Alemdarlıq” eşqi ilə yaşayan, gördükləri, sərgilədikləri  iş, siyasi fəaliyyət  fonunda  millət adına heç bir perspektiv,  nəticə hasilatı hesablamayan, bəzənsə sözün əsl anlamında siyasi kamikadzelik edən bir gənclik..

Kor-koranə, ünvan sonucu olmayan bir yola istiqamətləniblər. Əksəriyyəti təhsilsizdir. Öz liderlərinin hakimiyyət xülyalarına, vəd etdikləri vəzifə nağıllarına, davamlı təlqin edilən “qəhrəmanlıq”- səlnamələrinə inanmış, aludə olmuş durumdalar!

Əbülfəz Qurbanlının ayaqları göydə polis maşınına mindirilmə səhnəsi, Tural Abbaslının ifasında hər addımda cır avazla hansısa şüarın səslənmə kadrı…bezdiricidir. Vallah-billah bezdiricidir, yorucudur, usandırıcıdır,  ikrah doğurandır. Hətta bu iqtidardan küsüb müxalifətə keçmək haqqda düşünən biri üçün də ayaq saxlama, durma, düşünmə nöqtəsidir! “Müxalifətçi  gəncliyinin lideri budursa, ordakı elektoratın sanbalı, gələcəyi  nə olacaq”?- sualı ilə qarşı-qarşıya qalma məcburiyyətidir!

Müxalifətçi  gənclik tənqid edir.  Hücum edir!        

Tənqid  və hücum isə təyinatından, quruluşundan, necəliyindən asılı olmayaraq  insan beyninin tərifdən və  müdafiədən daha tez həzm etdiyi  hərəki realizədir.  Buna sırf psixoloji  “inka”- da demək olar:  Hər kəsin  tənqidə daha çox meylli olması!  Hətta inanmadığı halda belə meylli olması!

Və bəlkə də onlar, qərarlaşdıqları  yerdən “fədakar”, bizsə “yarınan”-  biri kimi görünürük.  Onların çətin, bizimsə çox asan bir missiya daşımamız kimi fərqli mənzərə gəlir göz önünə..

Amma inanın, inanın ki, belə deyil. Həqiqətin adı tam başqadır. Görüntülər, ilkin təəsüratlar əsla aldatmasın Sizi!

Müxalif gənclik – bulunduqları nöqtədə “lider defisiti”nin yaratmış olduğu açıq böhranın, cəsarətsizlik sindromunun, kinin, eqonun əsirləridir!  Gerçək anlamda əsirləridir!

Təxminən, sıldırım qayaya 4 tərəfdən qalın zəncirlə bağlanmış kimi bir təzahüratdır bu.      

O zənciri isə qıracaq bir kimsə yox!    

Çünki, İsa Qəmbər və  Əli Kərimli xislətində olan “lider”lərə öz varlıqlarını, hikkələrini, təkəbbürlərini qorumaq, sübut etmək  üçün elə zəncirlənmiş, ovsunlanmış  vəziyyətləri ilə  gərəkdirlər onlar!

Bu iqtidarı hər kəsin sevmək məcburiyyəti daşıdığını iddia etmirik!  Siyasi mənsubiyyət seçimi, bir fərdin öz iradəsinə, əqlinə, məntiqinə bağlı bir şey…          

Amma bununla bərabər özünə vətəndaş  deyən  BİRİNİN “bu milləti, bu dövləti satım yoxsa satmayım”-deyə sual  ayrıcalığı lüksü də yoxdur! Ola bilməz! Olmamalıdır!

Siyasət –  ölkənin taleyi, gələcəyi, bəzənsə ümumiyyətlə VARLIĞI  ilə baqlı ən üst qərarların verildiyi sahədir! Elə məhz bu səbəbdən,  ən dar süzgəclər də həmin  sahənin giriş və çıxışında bərqərar olmalıdır! Gədə-mədələr, soy -kökü bəlli olmayanlar, zatı qırıqlar, xəyanət etməyə adətkar olanlar dərhal…həm də böyük hərflə  DƏRHAL  meydandan çıxdaş edilməlidir!          

Onların ləyaqətsiz ruhu, şərəfsiz ovqatı yerindəcə axtalanmalıdır!

Və, deyim ki..

Mən müxalif gənclər arasında çox savadlı birilərini də tanıyıram.. Üzlərindən, fikirlərindən, dünyagörüşlərindən  ilk baxışda  az qala ziya, nur  damlası axır.  Amma elə ki, o insanların iç dünyası ilə təmas başlayır, anındaca təhsilin ZAT qarşısında nə qədər  məsum və aciz qaldığını bəs-bəlli həqiqətlərlə, sübutlarla fərq etmiş, sezmiş olursan!

***

Nəhayət,  mənim də təmsil olunduğum  iqtidar gəncliyi…
İçlərində o qədər mərd, o qədər mübariz biriləri  var ki!  

Dövlətini, Prezidentini, getdiyi  yolu elə bir inancla, məntiqlə, ağılla, sanballa müdafiə edənlər var ki.. Fəqət.. tək bir əmma ilə! –  Uzaqdan-uzağa. Könüldən- könülə!..Ən nəhayət SEÇKİDƏN- SEÇKİYƏ!.

Üzdə deyillər ONLAR!!!  Salonlarda, tədbirlərdə, məclislərdə  ən arxa sıralarda oturublar – oturdulublar! Ya da o salona ümumiyyətlə dəvətli deyillər! Unudulublar! Unutdurulublar!

Bəxtiyar Əsgərovun timsalında 100 belə gəncin misalını çəkə bilərəm!    

Əkbər Qoşalının timsalında min  belə fədəkar insanın tablosunu çizə bilərəm!  


21 yaşında ikən 50 yaşında birinin görməyəcəyi, görə bilmədiyi işi bacaran, müxalifətin ən kritik meydanı olan “Azadlıq”radiosunda rəqiblərinin daşını daş üstdə qoymayan Fərid Şahbazlı, Hacibəy Heydərli, Əfsələddin Ağalarov kimilərinin adını  ard-arda düzə bilərəm!

Qoruyun bu insanları!  Allah xətrinə qoruyun! Gecikmədən qoruyun!       

Həssasdır onlar. Ən böyük diqqəti, sevgini, qayğını haqq edənlərdir onlar!     

Qrant, pul-para, əyləncə, dəb-dəbə arzu etmədən sadəcə mənəvi dəstək umanlardır onlar!

Zaman-zaman aqressiv, kürən, ərköyün, ipə-sapa yatmayan əhvallarına rəğmən  əsl Azərbaycan gəncliyidir onlar!!!

***

Bu arada,Söhbət tam  məqama yetişmişkən bir ibrətamiz hekayəti xatırladım:
“Bir gün yeni avtomobil alan ata, 5 yaşında olan oğlunun yerdən daş  götürüb  həmin avtomobili yazdığını görür. O qədər çox əsəbləşir ki, uşağın nə yazdığına belə baxmadan onun əllərini bərk vurub barmaqlarını qırır. 

…Tez xəstəxanaya çatdırsa da,  həkim personalının  səyi nəticə vermir və…körpənin  barmaqlarından ikisi ağır zədə səbəbilə kəsilməli olur.

Ən kritik səhnə isə əməliyyatdan sonra övladın ataya verdiyi: “ Məni bağışladınmı ata? Barmaqlarım nə zaman çıxacaq”? – sorusu  ilə başlayır…Adam  suallar qarşısında acız qalıb avtomobilinə dönür. Əlini, başını durmadan övladını şikəst edən bu dəmir parçasına vurur.. Və həmin an ilk dəfə oğlunun maşına yazdığı və bu faciəyə səbəb olan yazını görür: “ SƏNİ SEVİRƏM ATA!

***

Barmaqları, biləkləri, səbrləri, qəlbləri qırılmadan sahiblənin ləyaqətli  gəncliyə!

Onların bu millətə, bu dövlətə, öz böyüklərinə olan sevgisini ən sonda görməyə çalışmayın!

Lütfən!!!

P.S. Bayramımız mübarək!!!

Elşən Musayev

http://gun.az/nesil/63211

Yorumlar

Yorum yap