465) İRAN’DAN AZERBAYCAN’A KARŞI BÖLÜCÜ SİYASET

Yayin Tarihi 17 Nisan, 2010 
Kategori AZERBAYCAN SAYFASI, KATEGORİLENMEMİŞ

Irandan Azərbaycana qarşı bölücü siyasət

azerbaycan_bayragi.jpg

2010-cu il aprel ayının ortalarında (təxminən 20-də) İranın Ərdəbil şəhərində “Arran” adlı beynəlxalq konfrans keçirilməsi planlaşdırılıbdır. Bu yöndə İran İslam İnqilabının lideri Ayətullah Seydiəli Xameneyinin rəhbərlik etdiyi “Vilayəti Fəqih” adlı təşkilat həmin konfransın əsas təşkilatçısı hesab edilir. Konfrans haqqında “Vilayəti Fəqih” təşkilatının əsas internet saytı hesab edilən www.nahad.arums.ir -ə məxsus mərkəzdə xüsusi elan da verilibdir. Konfrans İranın Ərdbəil vilayətinin mərkəzi Ərdəbil şəhərində keçiriləcək. Konfrans Ərdəbildəki Tibb Universitetinin nəzdində “İran İslam İnqilabı”nın liderinin (Vilayəti Fəqih) nümayəndəliyi (qeyd: İranın bütün ali məktəblərində Filqyəti Fəqihin siyasi idarə kimi xüsusi nümayəndəliyi fəaliyyət göstərir) tərəfindən idarə olunacaq.

“Arran” modelinin əsas məqsədi

İranın planlaşdırdığı bu konfransda “Arran”da (İran tarixçilərinin bütün əsərlərində, orta və ali mətkəb dərsliklərində Azərbaycan Respublikası “İranın qədim Arran vilayəti” kimi təqdim edilir) tarix, coğrafiya, dil, mədəniyyət və s. mövzularda  yeni tapıntılar, Arranda yaşayan xalqların varlığı (talış, ləzgi, tsaxur, avar, tat, qırız, yengiloy, hapıxtı, xınalıq, udin, erməni, rutul, budux, lak, tabasaran, axvax və s.) mövzusunda elmi çıxışlar olacaqdır. Həmin məruzələrdə əsasən bu sahələrə üstünlük veriləcək:                                                                                                                  

a) Arran tarixinin yazılı mənbələrinin tənqidi və araşdırılması. Tarixdə ən qədim dövrlər. İslam dinindən öncəki dövlər. İslam dövrü (Səfəvilər dövrünə qədər). Səfəvilər dövrü. Səfəvilərdən sonra Arran tarixi bu günə qədər.                                                                                                    

b) Arran tarixində təhriflərin mənşəyini tapmaq. Əsatirlər (mifologiya). Şəxsiyyətlər (şəxsiyyət yaratma və ya endirmə). Soykökü tanıma və soyköklərin qarışması. Aborigen (yerli) və gəlmə dil və dialektlər. Coğrafi sərhədlər (milli azlıqlar nəzərdə tutulur).                                                                                                               

c) Arranda din, dövlət, məzhəb, mədəniyyət siyasi dəyişikliklərə dair mənbələr. Arran ərazisində tarixdə mövcud olmuş dövlətlər.  Arranda din (islamdan öncə və sonra).                                                                             Arranda məzhəblər və təriqətlər. Arran mədəniyyəti və milli azlıqların mədəniyyətləri (guya bu torpaqların ən qədim əhalisi farslardan ibarət olub, orta əsrlərdə Orta Asiyadan gəlmiş səlcuqlar yerli xalqları və farsları zor gücünə “türkləşdirib”lər). Arranın müasir tarixində milli kimlik məsələlərində baş verən yeniliklər və dəyişikliklər (milli azlıqların zorla assimliasiyaya məruz qalmaları).                                                                       

Konfransın təşkilatçıları: İran İslam İnqilabının dini liderinin İran universitetlərindəki nümayəndəliyinin “Araşdırma Dekanlığı”, Ərdəbil vilayətinin valiliyi, Ərdəbil Mühəqqəq Universiteti, Ərdəbil Tibb Universiteti, Ərdəbil Qiyabi Universiteti.                                       

Konfransı əsas idarə olunması isə doktor Məhəmməd Yavəri (Mühəqqəq Universiteti),                                                          

doktor İbrahim Rəncbəri (Mühəqqəq Universiteti) və doktor Əli Qaffariyə (Mühəqqəq Universiteti) tapşırılıb.                                                                                                                    

Konfransda ediləcək çıxışların və məqalələrin seçilməsinə nəzarətçilərən (senzura) ibarət xüsusi şura yaradılıb. Buraya “höccətül islam və müslimin” rütbəli məmurlardan Məhəmməd Məhəmmədian (Vilayəti Fəqihin universitetlər üzrə xüsusi nümayəndəliyinin rəisi), Seyid Əli Amili (Azadi  Universiteti, Livandakı radikal şiəlik üzrə ən böyük mütəxəssislərdən biridir), Sabir Sabiri Əkbəri (Mühəqqəq Universiti), Həbib Məhəmmədnijat (Vilayəti Fəqihin dini liderinin  universitetləri üzrə xüsusi nümayəndəliyinin rəisi müavini), Həmid Əlinəcəb (Mühəqqəq Universiteti),  Həmid Vadihizadə (İran İslam İnqilabı dini liderinin Mühəqqəq Universiteti üzrə xüsusi nümayəndəliyinin dekanı), Adil Mövlayi (Qafqazda milli azlıqlar üzrə xüsusi tədqiqatşı), Mehdi Situdə (Ərdəbil vilayəti İslami Təbliğ İdarəsinin müdiri), İbrahim Mirabbaszadə (Ərdəbil vilayəti Mədəniyyət və İdman İdarəsinin müdiri), professorlar Əhəd Fəraməz Qaraməlik (Tehran Universitetinin professoru, Orta Şərq, Orta Asiya və Qafqazda milli azlıqların problemləri üzrə tədqiqatçı), Mənsur Həqiqətpur (Ərdəbil vilayətinin valisi), Əziz Həbibi (Ərdəbil Dövlət Universitetinin rektoru), Məsud Gənci (Ərdəbil vilayəti “Pəyannur” (qiyabi) Universitetinin rektoru), Doktor Səlimi (Ərdəbil Özəl Universitetinin rektoru), Məhəmmədruhi İsalu (Ərdəbil vilayəti, İranşünaslıq Fondunun müdiri), Adil Qədimi (Ərdəbil vilayət televiziya kanalının müdiri), İbrahimpur (Ərdəbil mədəniyyət idarəsinin müdiri), Əsgər Tağızadə Şəkiba (Ərdəbil vilayəti “Dairətül Maarif” (ensiklopediya) Fondunun müdir müavini), Əkbəri Fərhixtə (Ərdəbil vilayəti Mədəni İrs İdarəsi), İbrahim Əzizpur (Ərdəbil vilayəti, “Bəsici danişcuyi” təşkilatı), Əlirza Əbdi (Ərdəbil vilayəti, Gənclər İdarəsinin müdiri), Qasımi (Ərdəbil vilayəti, Cahadi Danişgahi Vahidi (nəşriyyatı) idarəsinin nümayəndəsi) daxildirlər.

İranda iki gücün qarşıdurması artmaqdadır

Ölkəni əsasən iki struktur: “Sepah” və “Ettelah” kimi tanınmış yarım hərbi qurumlar idarə edirlər. “Ettelah” rəsmi dövlət təşkilatı olmaqla ölkədəki asayişi qorumaqla bərabər, eyni zamanda ölkənin bütün strateji sahələrinə də nəzarət edir. Buraya biznes, ticarət, təhsil, mədəniyyət, istehsalat, ordu, təhlükəsizlik, polis, din və şəriət, kəşfiyyat, xarici əlaqələr, təriqət və məzhəblər, qeyri hökumət təşkilatları, xarici dövlətlərdəki şiə məzhəbinə aid olan dini icmalar, təriqət hərəkatları və təşkilatları və s. daxildir. Son illər  İranda bir sıra dövlət sektorları tədricən özəlləşdirilməkdədir. Bu sahə faktiki olaraq “Ettelah”a məxsus strukturların çox ciddi şəkildə nəzarətindədir. Belə ki, “Ettelah”a bağlı olmayan və rəhbərlik tərəfindən arayış verilmədən banklar, digər iqtisadi strukturlar, əmlak heç kəsin adına özəlləşdirilə bilməz. Buna görə də İran İslam İnqilabının rəhbərliyinə, Vilayəti Fəqihə məxsus strukturlar bu sırada ciddi ziyanla qarşılaşıbdır. Bütün bunları diqqətlə araşdıran Vilayhəti Fəqih və Sepah rəhbərliyi xüsusilə ideoloji müstəvidə təşəbbüsləri öz nəzarətinə almaq üçün yeni təmərküzləşmə, ölkədəki teokratik rejimin qorunması üçün tədqiqat sahələrinə xüsusi diqqət yetirməkdədir. Buna görə də ölkə daxilində və  xaricində bütün sahələr üzrə yeni təhlil və araşdırmalar siyasəti gündəmə gətirilib. Bu iki qurumun rəhbərliyi prosesləri öz nəzarətində və inhisarında saxlamaq üçün  pərdəarxası gizli savaş aparırlar. İranın Qafqaz və Azərbaycan siyasətinin tərkib hissəsi olaraq 2010-cu il aprel ayının ortalarında (çox güman ki, 20-də) bu konfransın keçirilməsi də həmin siyasətin tərkib hissəsidir.                                                                                                                             

Bu konfransda Rusiya, Ermənistan, Fransa, Almaniya, İran, Suriya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Livan, Misir, Qətər, Yunan Kipri, İtaliya, Yəmən, Fələstin, Liviya, Livan və digər dövlətlərdə türk xaqlarının tarix, mədəniyyət, dil, ədəbiyyat və milli kimliyini hər zaman saxtalaşdırmaqla məşğul olan, türk xalqlarına məxsus dövlətlərdə “milli azlıqlar” üzrə xüsusi tədqiqatlar aparan mütəxəssislər iştirak edəcəklər. Azərbaycandan da bir sıra alimlərin bu konfransa xüsusi dəvətli statusunda qatılmaq ehtimalı var. Onlar sadəcə bu ölkədə konfransı dəvətliləri kimi deyil, qonaq, turist olaraq bulunduqları zaman iştirakçılar qismində təmsil olunacaqlar. Bütün xərclər isə İranın hesabına ödəniləcəkdir. Bu konfrasda olunacaq məruzələr kitab şəklində nəşr olunmaqla yanaşı, ən mötəbər elmi əsər kimi gündəmə gətirilməklə və Güney Azərbaycanda son illər inkişaf etməkdə olan türk milliyyətçiliynə qarşı istifadə olunması üçün də nəzərdə tutulubdur. 

Konfransin keçrilməsində yaranacaq və gözlənilən nəticələr

Konfransın əsas məqsədi ilkin mənbələrin tədqimi, əsil mənbələrin qeyri-düzgün mənbələrdən ayrılması, Azərbaycanda tarix, dil, coğrafiya, mədəniyyət və s. məsələlərdə İran tərəfindən planlaşdırılan təhriflərin ictimailəşdirilməsindən ibarətdir. Bunun nəticəsi kimi İranın strateji hədəfi olaraq, Azərbaycanda gənclərin, əhalinin savadsız hissəsinin paniraizm və panfarsizm ideoloqları tərəfindən uydurulmuş tarix, coğrafiya, mədəniyyət, din, əxlaq, siyasət və digər sahələrdəki baxışlarında İranın maraqlarına cavab verəcək tərzdə formalaşdırılmasıdır.                                                                                        

Etnologiya və irqlərin assimliasiyası (guya Azərbaycanda milli azlıqların rəsmi səviyyədə əridilməsi siyasəti aparılır), əsil və sonradan gəlmə dil və ləhcələr (guya yerli aborigen xalqlar əslində milli azlıqlardırlar, türklər isə orta əsrlərdə buraya gəlibdirlər və Azərbaycanda əsas aparıcı siyasət və güc milli azlıqlara məxsus olmalıdır), coğrafi sərhədlər (milli azlıqlara məxsus “Ləzgistan”, “Avarıstan”, “Talışstan”, “Artsax” (Dağlıq Qarabağ) və digər separatçı regionlar nəzərdə tutulur), Arranda siyasi dəyişikliklər. Mədəniyyət, din, dövlət və təriqət məsələlərinin araşdırılma mənbələri. Tarix boyu Arranda mövcud olmuş dövlətlər (bu sırada Sasani, Əhəməni, Alban və Aqvan dövlətlərinin tarixi guya farslara və digər milli azlıqlara məxsus olubdur, şiəliyin dövlət siyasətinə çevrilməsi sayəsində Səfəvilər, Nadir Şah və Qacarlar kimi hegemon dövlətlərin guya farsların izi olan bir tarixdir), Arranda din (islamdan əvvəl və sonra).  Arranda təriqətlər. Arranda yerli mədəniyyətlər, eləcə də azsaylı xalqlara məxsus mədəniyyətlər.  Arranda müasir tarixdə baş verən kimlik dəyişilməsi (milli azlılqların assimliasiyaya zorn gücünə məruz qalmaları) və yenilənməsi kimi mövzuların indiki məqamda qabardılmasının strateji hədəfləri var.                                                                                                                     

Siyasi analitiklərin fikrincə dünyada baş verən ağır maliyyə böhranlarının nəticəsi kimi Qafqazda Qərbə məxsus infrastrukturların bir qədər passiv mövqe sərgiləməsinə görə İran bu boşluğa daxil olmaq iddiasını sərgilməkdədir. Artıq Ermənistan və Gürcüstanda bütün bunların izləri açıq şəkildə görünür. Bu iki dövlətdən fərqli olaraq, Azərbaycan bir qədər yüksələn xətlə inkişaf edir. Bununla yanaşı, Qafqazda tarix boyu türklərə məxsus etnoloji, kulturoloji, eləcə də sosial və iqtisadi resursların türklərə məxsus müstəvidə  inkişaf etməkdə olan proseslərin tarixi ənənələrə uyğun olaraq yenidən qabarması İranı çox narahat edir. Azərbaycanın qonşu Gürcüstan və Dağıstanla münasibətlərinin iqtisadi, mədəni, maliyyə və digər sahələrdə inkişaf etməsi, həmin regionlarda sosial bazasının güclənməsi proseslərini Tehran dərindən təqib etməkdədir. Son illər Azərbaycanda yeni emal və istehsal sahələrinin güclənməsi Qafqazda söz sahibinə çevrilməsi ilə müşahidə olunmaqdadır. Bu strateji hədəfi diqqət mərkəzində saxlayan İranın Qafqazdakı maliyyə sektorlarına ağır zərbə vurulması kimi qəbul edilir. İran bunun qarşılığında Azərbaycanda daxili süni gərginlik ocaqları yaratmaqla regionda  inkişaf edən proseslərin qarşısını almağa ümid edir. Çünki, Azərbaycanın bütün sahələrdə inkişaf etməsi, İranın Qafqaz siyasətinin diz çökməsi deməkdir.

Ənvər BÖRÜSOY, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi (AMSTM)

               

Paylaş:

Yorumlar

“465) İRAN’DAN AZERBAYCAN’A KARŞI BÖLÜCÜ SİYASET” yazisina 5 Yorum yapilmis

  1. Silvan Güneş yorum tarihi 17 Nisan, 2010 14:13

    Türk dünyası ile al-fa-be de birlik şart. Yoksa aynı dili konuşup yazışmada ve ortak bazı kelime manalarında birbirimize yabancı olmak, gnümüz yüzyılında hala bu önemli sorunu giderece tedbirler almamak üzücü. Yazıyı okumaya çalışıyorum ama çoğu kelimeyi anlayamıyorum..

  2. Aydın Ayoğlu yorum tarihi 25 Nisan, 2010 23:01

    Arkadaşlar merhaba,

    Silvan bey arkadaşımızın söylediği gibi Türk birliği lafını her fırsatta her yerde monu olaraka ortaya çıkarıyoruz ama bu birlik ve ittihat için bir adım bile atmıyoruz. bu birliğin ön şartları dillerin bir birine yaklaşması ve en azından ortak bir alfabe ve orta kelimler kullanmasını şart bilirim.

    bakın ben bi Güney Azerbaycan Türküyüm ama maalesef Azerbaycanca bilmiyorum yani en azından yazma ve okuma’da çok sıkıntı çekiyorum İran devleti bize keni ana dilimizde yazma ve okumaya izin vermiyor bu nedenle ben ve benim gibi gençler ve bizim çocuklarımız gittikçe ana dillerini unutuyorlar ve eğitim dili Farsöa olduğundan dolayı kitaplerde Farsların yazdıklarını okuyorlar ve bu yazıların hepsinde bi tür Anti Türklük ve Türk düşmanlığını gizli ve bazen aşıkar bir şekilde çocuklara aktarıyorlar be bunun sonuçlarını çok iyi alırlar şimdi iran’da 30 milyuna aşkın Türk yaşıyor ama bunların yalnız 10 milyonu Türk olduklarına gurur duyuyorlar ve kalan kısmı Asimilasiyon politikası nedeniyle kendilerini Türkleşmiş Fars olarak biliyorlar ve türk olmaklarını saklıyorlar…

    bildiğim kadar Kuzey Azerbaycan’da rus etkisi çoktur ve devlet bunu ya bilerek yapıyor veya Rusların baskısı altında mecburiyetle yapıyor.. yukardaki yazıda okuduğum kadar bir çok Rusça kelime gördüm ben bir Türk olarak bu kelimlerin anlamını bilmedim hatta E ve Ə gibi harflerin teleffuzlarını bile pek bilmiyorum. Kuzey Azerbaycan Rus etkisi altında ve Güney Azerbaycan ise Fars etkisi altında ve gün getikçe maalesef her iki Millet (Güney ve Kuzey) ana d
    llerinden uzaklaşıyorlar…

    Aydın
    Güney Azerbaycan

  3. Aydın Ayoğlu yorum tarihi 25 Nisan, 2010 23:05

    bu beladan hemen kurtarmanın yolu ilk olarak Ortak bir Türkçe ve Alfebnin olması gerektiğine inaniyorum…
    bence eğer Türk devletleri Türkiye Türkçesini Ortak bir dil olarak kabul ederlerse çok iyi bir iş yapmış ve önemli bir adım atmışlardır çünkü bana Göre Türkiye Türkçesi hem kelime zenginliğine sahip hem de ağız ve şive olarak çok şirin ve güzel bir Türkçedir…

    Türkçemiz bizim herşeyimiz

    Can Feda Türkiye’ye, bir değil bin can Feda olsun Ona….

    Aydın
    Güney Azerbaycan

  4. Elxan Turan yorum tarihi 20 Şubat, 2012 22:58

    chox irana bash vermeyin.chunku biz Guney Azerbaycablilar qoymariz ve bunu diyim ki Tanrinin iznile biz bir iki ile irandan ayrilacaz.ondan sonra Turani quracaz.

  5. Elxan Turan yorum tarihi 20 Şubat, 2012 22:59

    yashasin Azerbaycan

Yorum yap