464) AZERBAYCAN’DAN MEKTUP VAR-3: İRAN, AZERBAYCAN’I TEHDİT EDİYOR!

Yayin Tarihi 17 Nisan, 2010 
Kategori AZERBAYCAN SAYFASI, KATEGORİLENMEMİŞ

Irandan Azərbaycana qarşı yeni təhdid

azerbaycan_bayragi.jpg

Tehranın ölkəmizə qarşı məkrli siyasətini həyata keçirməsinə kimlər dəstək verir?  

(3-cü yazı)

Son beş ildə İranda ölkənin əsas siyasi gücü olan “Sepah” və “Ettelat” kimi böyük güclər arasında dərin uçurumlar yaranıb. Hər iki qurum dövlətin milli gəlirlərini tam nəzarətdə saxlamaq üçün gərgin rəqabət aparırlar. “Sepah” Ana Yasa qanunları xaricində olduğu üçün ölkənin Ali Dini Şurasına tabe olmaqla ən üstün mövqedə durmaq iddiasını gizlətmir. Digər tərəfdən isə bu qurum ölkənin strateji maraqlarında   aparıcı gücə malikdir. Çünki, İran rəsmi şəkildə heç bir dövlətin daxili işlərinə qarışmasa da, dolayı yolla “Sepah” bu funksiyanı icra edir. “Sepah”ın özü isə birbaşa Vilayəti Fəqihə, yəni “Dünya Müsəlmanları”nın lideri Ayətulla Seyid Əli Xameneyiyə tabe olan çox böyük hərbi-siyasi qurumdur. Ölkənin bütün təhsil ocaqlarında, mədəniyyət idarələrində, maliyyə sektorunda, xarici və daxili siyasətdə xüsusi gücə malikdir. Vilayəti Fəqihin siyasi və ideoloji müstəvidə baş senzor rolunda çıxış etməsi, şəriyyət hökmlərini vermək hüququna malik olması onun ən üstün keyfiyyətləri hesab olunur. Azərbaycan dövləti ilə bağlı İranın bütün strateji hədəfləri də məhz bu struktur tərəfindən yönləndirilir.

Qumdakı təlim mərkəzləri Azərbaycan əleyhində

Ölkəmizdən İrana təhsil almağa gedənlərin çoxu Qum şəhərindəki “hövziyyəyi elmi” mərkəzlərinin nəzdində yerləşdirilirlər. Onlara din pərdəsi altında paniranizm və panfarsizm modelinin tərkib hissəsi olan təlimlər keçirilir. Bir neçə ildən sonra Azərbaycana dönən bu şəxslər İranın strateji maraqlarının təsir dairə altında fəaliyyət göstərirlər. Çünki, Qumda aldıqları təhsilin sayəsində özlərinin dolanışıq mənbəyinə çevrilmiş infrastrukturlarda çalışmağa məcburdurlar. Bunun xaricində həmin insanların əlindən başqa heç nə gəlmir. Bu yöndə yaradılmış şəbəkələrin əsas funksiyası isə  Azərbaycanı “iranlılaşdırmaq” siyasətini dərinləşdirməkdir.                                             

2001-2009-cu illərdə İranın dini universitetlərdə təhsil almış Azərbaycan vətəndaşlarından ibarət yaradılan “Müntəzirin” Mədəni-Maarif Birliyi bu gün “Parlayan Günəş” Mədəni-Maarif Birliyi adı altında fəaliyyət göstərməkdədir. Bu qurumda çalışan gənclər “Ruhani-İlahiyyatçı və Mömin Tələbələr Hərəkatı”nı təmsil edirlər. Çünki, İranda da buna bənzər ictimai qurumlar var və onlar İran rejiminin qorunmasında müstəsna güc strukturlarından biri hesab olunur. Qurumun Azərbaycandakı fəaliyyət dairəsi hələlik dini yöndə kitab, broşür, qəzet və jurnallar nəşr etmək, dini mövzulardan bəhs edən sənədli, bədii filmlər və kliplər çəkmək, saytlar yaratmaq, konfranslar, elmi diskussiyalar, dəyirmi masalar təşkil etməkdir. “Parlayan Günəş” Mədəni-Maarif Birliyinin internet saytı isə belədir: www.sonumid.com. Bu qurumun üzvləri tərəfindən İranda radikal şiə təlimini təbliğ edən xeyli sayda kitablar tərcümə olunaraq nəşr edilibdir. Həmin kitablar müxtəlif vasitələrlə Azərbaycan, Gürcüstan və Dağıstanda təbliğ olunur. “Parlayan Günəş” Mədəni-Maarif Birliyi tərəfindən 50 adda nəşr olunmuş kitabların ümumi həcmi isə 40 min tirajdan artıqdır. Qurum tərəfindən 2004-cü ildən etibarən ayda bir dəfə olmaqla “Son Ümid” adlı jurnal nəşr olunur.                                                                 

Radikal şiə təbliğatını aparan qurumlar və şəbəkələr:

“İslam Teoloji Mərkəzi-Şiə Müsəlmanların Dini Təşkilatı”. Bu təşkilat Azərbaycan, Rusiya, Dağıstan, Gürcüstan və MDB məkanı üzrə İrana məxsus bütün strukturlarla bağlı əsas sorumlu qurum hesab olunur. Mərkəzin internet saytı isə belədir: www.al-shia.ru. Bu quruma bağlı olan www.islam-azeri.azwww.bizimradio.net  bu saytları  da radikal şiəlik və onun təliminə xüsusilə önəm verir.                                                             

İranın Bakıdakı “İran Mədəniyyət Mərkəzi” tərəfindən maliyyələşdirilən “İslam Həqiqətləri” qəzeti hər həftənin cümə günləri satışa çıxarılır. Qəzetin www.ihq.az internet saytı da fəaliyyət göstərir. Qəzetdə daha çox İranda dini lider kimi şöhrət qazanmış ayətullahların və şiə radikalizminin təməl prinsiplərini təbliğ edən dini alimlərin əsərlərinə üstünlük verilir.                                                                                                 

“Hər şey zühur üçün” şüarını gündəmə gətirən və ən radikal şiə təbliğatını aparan www.isra.az internet saytı əsasən şiə təriqətinin inanclarında yer alan “Mehdi Sahib Əz Zaman”ın haqqında mövzulara üstünlük verir. Əslində bu təbliğat İran, İraq və Fələstində şiələr arasında çox geniş yayılmış “Mehdi Ordusunun Əsgərləri” hərəkatına bağlı olanların ideoloji mənada radikallaşmasında istiqamətləndirici yön verən mövzular sırasında yer alır. Bu strateji hədəf eyni zamanda şiə təriqətinə mənsub olan silahlı Hezbollah strukturuna hesablanmış bir təbliğat şəbəkəsi kimi də qəbul edilir. Qəzetdə İranın dini liderləri Ayətullah Seyid Əli Xameneyi, Ayətullah Cavad Amuli, Ayətullah Şeyx Cəfər Sübhani, Misbah Yəzdi və digərlərinin əsərləri tərcümə olunaraq daha geniş surətdə təbliğ olunur.                                                                                               

Azərbaycanda ən radikal və mistik şiə inancı kimi təbliğ olunan şəbəkə “Hüseyniyyə” anlayışıdır. Bu yöndə Bakı şəhər Elektrik Şəbəkəsinin yaxınlığında yerləşən “İmam Hüseyn Məscidi” açıq şəkildə İran səfirliyi tərəfindən maliyyələşdirilir. Buraya cəlb edilən orta məktəb şagirdləri, yeniyetmələr və gənclər arasında aparılan təbliğatlar dini fanatizm üçün münbit mənbə deməkdir. Məhz bundan sonra həmin şəxsləri idarə etmək daha asan başa gəlir. Məscidin infrastukturlarından biri də virtual təbliğat şəbəkəsidir. Bunun üçün www.imamhuseyn.org internet saytı da yaradılıb. Bu sayt daha çox elmi-tədris müəssisəsi kimi fəaliyyət göstərir. Məscidin “Tədris Mərkəzi”ndə təşkil olunan kurs, seminar və mühazirələr, eləcə də digər elmi-mədəni tədbirlər yeniyetmələr, gənc oğlan və qızlar üçün nəzərdə tutulub. Bu sahədə digər fəaliyyət mərkəzi Şamaxı şəhərindəki İmamzadə Məscidi hesab olunur. Şamaxıda yaşayan əhalinin əksəriyyətinin sünni məzhəbinə məxsus olması ilə yanaşı, həm də əhalinin dini cəhətdən savadsız olmasını nəzərə alaraq, İran bu regionda özünün güclü dayaqlarının yaradılmasında xüsusi olaraq maraqlıdır. “İmam Hüseyn Məscidi”nin nəzarətində olan internet saytları bunlardır: www.imam-rza.tk, www.birlik.az, www.intizar.sayt.ws, www.sistani.org, www.zehranet.com, www.fix-download.net.

31 illik təbliğatın yeni şəbəkələri

İran dövləti tərəfindən 31 ildir iddia olunur ki, bütün dünya müsəlmanlarının əsas lideri məhz İrandır və onun  dini rəhbəri indiki halda Seyid Əli Xameneyidir. Buna görə də  İran daxilində, həm də xarici dövlətlərdə, xüsusilə şiə təriqətinə məxsus olan əhalinin öz tərəfinə çəkmək üçün “Dünya Müsəlmanlarının dini liderinin nümayəndəliyi” adı altında Əhli Beyt Fondu kimi fəaliyyət göstərən strukturlar yaradılır. Azərbaycanda bu nümayənlik 1995-ci ildən fəaliyyət göstərir. Nümayəndəliyin rəhbərinin səlahiyyəti İran səfirinin səlahiyyətindən yüz dəfə üstün hesab olunur. Bu nümayəndəliyin rəhbəri ahyətullah rütbəsində olmalıdır. Eyni zamanda Azərbaycanda bütün dindarların İran dövlətinin dövlət bayramlarına, dini mərasimlərinə uyğun hərəkət etmələrini nəzarətdə saxlayır. Bu yöndə fəaliyyət göstərən dini icmalar, ictimai təşkilatlar tərəfindən Azərbaycanın “iranlılaşması” siyasətinin tərkib hissəsinə çevrilib. Bütün bunlar haqqında nümayəndəliyin rəhbərinin fərmanları və qərarları www.muselman.tk internet saytı vasitəsilə elan olunur.                                                                                                          

“İslam Məktəbi”. Qurumun da əsas fəaliyyət dairəsi gənclər arasında Ayətullah Xomeyni, Ayətullah Xameneyi və İranın digər klerikal liderlərinin əsərlərinin təbliğatının aparılmasıdır. Mərkəzin internet səhifəsi www.islammektebi.org. “İslam Məktəbi” həm də “İslam-informasiya Mərkəzi” funksiyasını daşıyır. Bu mərkəz ilk dəfə İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşları tərəfindən yaradılıb. Qumdakı  Beynəlxalq Mustafa Universitetinin tələbələrinə bu qurumun rəhbərliyində təmsil olunmaq hüququ verilir. Bu qurum 5 iyun 2008-ci ildə Qum şəhəri Beynəlxalq Mustafa Universitetinin bir qrup azərbaycanlı tələbəsi tərəfindən təsis olunubdur.                                                                                                                              

“Əhli Beyt İnformasiya Agentliyi”. Bu agentliyin Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Suriya, İraq, Pakistan, Livan, Misir, Rusiya, İordaniya, Somali, Yəmən, Tacikstan və digər müsəlman dövlətlərində xüsusi nümayəndlikləri vardır. Agentlikdə çalışanların hamısı İranın xüsusi xidmət orqanlarının zabitlərindən təşkil olunub. Agentliyin internet saytı isə belədir:  www.ahlibeyt.az.                                                        

Bundan savayı www.israhaber.com, www.rasthaber.com , www.kevsernet.com, www.caferilik.com, www.velfecr.com,  www.islamiyyet.ucoz.ru, www.al-shia.my1.ru                                                        www.islaminsesi.az, www.ahlibeyt.azwww.ya-ali.ws, www.abna.ir,  www.nurizehra.moy.su, www.zeynebiye.com,  www.namaz.us , www.yeniheyat.comwww.ramazanayi.org, www.islamtimes.org, www.almehdi.tr.gg, www.qadirxum.azeriblog.com, www.zahra.azeriblog.com,  www.islamaz.com, www.islam-azeri.az və digər informasiya saytları da bu qəbildəndir. İkmal Gənclər Birliyi, Hidayət Yolu, Zeynəbiyyə, Həzrəti Fatimə, İmdad, Nicat yolu, Qurani-Kərim Elmi Araşdırmalar Mərkəzi və digər onlarca sayda ictimai təşkilatlar və informasiya mərkəzləri də fəaliyyət göstərirlər.                                                                             

Azərbaycanda milli dövlətin inkişaf etməsinə qarşı “nurçuluq”, “vəhhabilik”, “sələfilik”, “babi”, “əhmədiyyə”, “süleymançı” və digər onlarca sayda dini təriqət və məzhəblər də geniş şəkildə öz şəbəkələrini qurublar. Bu yabançı ideoloji təlimlər DÖVLƏTLƏŞMƏ və MİLLƏTLƏŞMƏ kimi strateji anlayışlara qarşı atom bombası qədər zərbələr vurmaqdadırlar. Vətənimizin işğal olunmuş ərazilərinin azad edilməsinə, Qarabağ yarasının sağalmasına qarşı məhz bu yad ideoloji təlimlər daxili problemlərimizi daha da  dərinləşdirirlər. Azərbaycanın mənəvi, ideoloji cəhətdən başqa dövlətlərin əsirinə çevrilməsi siyasətini yürdürlər. Milli təməllər üzərində gücə çevrilməyən dövlət və millət tarix boyu başqa dövlətlərin işğalına məruz qalıblar. Bunun fəlsəfi və ideoloji təməl prinsipləri zaman-zaman açıqlanmalıdır. Mənəviyyatı yad ideyalarla yağmalanan hər hansı bir millət isə məhvə məkumdur.

Ənvər BÖRÜSOY Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi (AMSTM)

 

Paylaş:

Yorumlar

“464) AZERBAYCAN’DAN MEKTUP VAR-3: İRAN, AZERBAYCAN’I TEHDİT EDİYOR!” yazisina 6 Yorum yapilmis

  1. men yorum tarihi 17 Nisan, 2010 08:52

    Bu yazi ABD ve Sionistlere çalışan şahslar terefinden yazılıb. Lanet olsun Boyuk Şeytana ve onun kardeşine!

  2. Aydın Ayoğlu yorum tarihi 25 Nisan, 2010 23:37

    Men adlı yorumcu galiba sen İran devletinden yanasın. sen ne biliyon gelip de burda ABD’yi suçliyorsun onu bunu suçlıyosun. dağda bi eşek anırıyor onun da nedeni ABD mi?
    sokakta çocuklar oynarken yere düşüyorlar onun da nedeni ABD mi?

    her olayın nedenını ABD’ye yapıştırmak İran Devleti tezlerindendir. İran’da iki araba birbirne çarpıyor ABD’yi suçluyorlar, iki adam birbiriyle boğuşuyorlar haberde ABD’yi suçluyorlar. çolde yıldırım vurur ağaçlar yanıyor ABD’yi suçluyorlar
    vallahı bıktım bu ABD ABD kelimesinden yaaaaaa

    ben ABD’yi sevmiyorum hatta nefret ediyorum ondan. ama ABD’den Fazla İRAN’dan nefret ediyorum Asıl Şeytan İrandır…
    Orta doğuyu karıştıran İran’dır
    Iraktaki bobmların arkasında İran var
    AKp’yi destekleyen İran’dır
    Filistin ile İsrail arasında düşmanlığın uzanması İran başı altında…
    daha sayayım mı İran’ın Şeytanlıklarından? ha sayayım mı ?
    sen ne biliyon Dağ Keçisi….

    sen mi İran’da yaşıyon ben mi? elbette sen İran’da yaşıyorsun ama yazdığın komentlerden besbelli ki sen de İran Çuvalından karnını doyuruyorsun…

    LAnet Olsun Hainlere lanet olsun Türk Düşmanlarına

    senin gibi Türk düşmanlarına Lanet olsun

    Aydın
    Güney Azerbaycan

  3. bay yorum tarihi 1 Temmuz, 2010 16:31

    gardaşlar hepsi aynı ABD,RUSYA,İRAN,ÇİN,AB hepsi dost gorünürler ama yaptıkları aynı kalleslik birçok türk cumhurıyetinin dost kabul ettığı rusya 1800’lü yıllardan 1991 yılına kadar hem orta asyadaki türk kardesleri hem azerbaycandaki türk kardeslerimize zulumler yaptı.arastırırsanı öğrenirsiniz.İRAN da aynı bok güney azerbaycan elinde ve oda zulmetti bize.vede hala türkleri parçalamak için ugrasiyor.bakmayın dost goründüklerine.ABD ise bence onun için de olmadıgı oyun yok.onlarda orta asya ve türkiyede misyonerlik yapıyor.pkk den itlere lojistik destek veriyorlar.yani saymakla bitmez.ÇİN ise onun için hersey ortada UYGUR türkü kardeslerımizi katlediyor.yani hersey aslın da türklerı parçalamak için NATO da bizim türk subayların elıne bir belge ğeçmis belgede yazan şu: EĞER TÜRKLER BİRLESİR VE BİR CUMHURİYET KURARSA ,HİTLERİN ALMANYASINDAN DAHA GÜÇLÜ BİR DEVLET ORTAYA ÇIKIR DİYO YANİ SİMDİNİ AMERİKİSINDAN DA GÜÇLÜ BİR DEVLET. arkadaslar kimseye inanmayın ve tek seye inanın biz türkler bir gün büyük bir devlet olacagız.İRAN,AZERBAYCANA VEYA TÜRKİYEYE BİRSEY YAPAMAZ AMCAK İÇİMİZ DEKİ HAİNLERİ KULLANIR.YANİ TÜRKİYE AZERBAYCA-ERMENİSTAN SAVASINDAKİ TÜRKİYE DEĞİL.AZER BAYCAN VE ORTA ASYA TÜRKLERI YALNİZ DEGİL

  4. ramin yorum tarihi 5 Ağustos, 2010 11:26

    Islam-Azeri.az sitesi bu “İslam Teoloji Mərkəzi-Şiə Müsəlmanların Dini Təşkilatı”na bagli deyil, Bohtan atirsiz. Yalan deyenin varyoxuna lenet

  5. ferid melikzade yorum tarihi 31 Ekim, 2010 00:09

    kardeslerim turkun turkden baska dostu yokdur bunu kafamiza sokalim artik

  6. Теймур Кулиев yorum tarihi 1 Aralık, 2021 07:37

    Çox təəssüf dostumuz Ənvər Börüsoy ağır xəstəlik halında yardımsız qaldı. Maddi ehtiyac içində amansız xəstəliyin caynağında can verdi. Bəs niyə onun fədakarcasına xidmət etdiyi qüdrət sahibi olan Yüksək Ülgü öncülləri ona köməklərini əsirgədilər??? Budurmu uca şüarlara sədaqət??? …bu itki bizi çox yandırdı

Yorum yap