463) AZERBAYCAN’DAN MEKTUP VAR-2: İRAN, AZERBAYCAN’I TEHDİT EDİYOR!
Yayin Tarihi 17 Nisan, 2010
Kategori AZERBAYCAN SAYFASI, KATEGORİLENMEMİŞ
Irandan Azərbaycana qarşı yeni təhdid
Tehranın ölkəmizə qarşı məkrli siyasətini həyata keçirməsinə kimlər dəstək verir?
2-ci yazı
İrandakı “Dünya Müsəlmanlarının Dini Lideri” dövlət idarəetmə institutu 1978-ci ildə yaradıldıqdan sonra, bu dövlətin əsas strateji hədəflərindən biri də, çevrə (qonşu) dövlətlərdə orta yüzilliklərdə tarixin sınaqlarından çıxmış din pərdəsi altında fars şovinizminə və paniranizmə xidmət edən dərin qatların qurulmasına təkan verildi. Bu sırada Fələstin, Oman, Sudan, Yəmən, Pakistan, Əfqanıstan, Suriya, Türkiyə və İraq dövlətlərində çoxlu sayda Tehrandan yönləndirilən infrastrukturlar formalaşdırıldı. Keçmiş SSRİ dağıldıqdan sonra, bu layihəyə Azərbaycan, Türkmənistan, Gürcüstan, Tacikistan, Özbəkistan və digər dövlətlər daxil edildi. Bu dövlətlərdən İrana təhsil almaq adı altında aparılan gənclər dini təhsillə yanaşı, həm də “şiə təlimi” modelində fars şovonizminin psixologiyasına uyğunlaşdırıldılar. İndi həmin gənclərin çoxu İranın təsir dairəsi altında olmaqla həm də sosial baza məzmun və xarakterini daşıyırlar.
Antitürk ideoloji dəyərlər din pərdəsinə bürünüb
İranın xarici siyasətində ən qatı fars şovinist siyasət keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti tərəfindən yürüdülübdür. Son illər Ə. Ə. Vilayəti “Vilayəti Fəqih”in lideri Ayətulla Seyid Əli Xameneyinin birinci müavini səviyyəsinə qədər yüksələ bilib. Qocalmış və əldən düşmüş S. Ə. Xameneyinin yürütdüyü bütün fəaliyyət və siyasətlər indi Ə. Ə. Vilayəti tərəfindən idarə olunur. Ə. Ə. Vilayəti 1991-1994-cü illərdə Azərbaycanın ərazilərinin işğal edilməsində Ermənistanla sıx bağlı olan mühüm fiqurlardan biridir. Faktiki olaraq, bu gün İranın fars şovinist siyasətinin baş senzoru rolunu da Ə. Ə. Vilayəti oynayır.
Azərbaycanda və eləcə də Gürcüstan və Dağıstanda yaşayan Azərbaycan türkləri arasında İranın dini sahədə apardığı strateji hədəflər də birbaşa Ə. Ə. Vilayətinin nəzarətindədir. Vilayəti Fəqih İdarəsi demək olar ki, İranda “dövlət içində dövlət” gücünə malikdir. Çünki, bütün şəriət hökmləri, dini və ideoloji qaynaqlar bu qurumun nəzarətindədir. Ötən yazımızda qeyd etdiyimiz kimi, Azərbaycanda İran tərəfindən artıq böyük bir struktura çevrilmiş və müxtəlif ictimai qurumlar, dini icmalar adı altında fəaliyyət göstərən bu şəbəkə həm də Azərbaycan dövlətçiliyinin əleyhində olan ideoloji mərkəzlər kimi də qəbul edilməlidir. Azərbaycanda İrana məxsus şəbəkələrin fəaliyyətlərini diqqətlə araşdırdıqda bəlli olur ki, bu dövlət çağdaş informasiya texnologiyalarının bütün vasitələrindən çox asanlıqla yararlanır. Belə ki, virtual radio, informasiya, təbliğat, televiziya kanalları, dərgi, qəzet, kitab yayını və digər vasitələr Azərbaycanı ağuşuna alıb. Gerçək dini siyasət demək olar ki, bu ölkə tərəfindən təqdim olunmur. Başdan-başa uydurma hekayələr, rəvayətlər, nağıllar, saxta təfsirlər, yalançı ehkamlar, heç bir elmi qaynağı olmayan din tarixi bir toplu şəklində məmləkətin gündəlik ictimai həyat tərzinin tərkib hissəsinə çevrilibdir. Bütün bunların arxasında duran tək siyasi və strateji hədəf Azərbaycanın bir türk dövləti olaraq onun kimlik varlığına qarşı ideoloji savaşı dərinləşdirməkdən ibarətdir. Adicə “molla”, “axund” qismində çıxış edən, dini təbliğat moizələrini oxuyanlara diqqətlə baxdıqda, onların fars dilinin qrammatik şərtləri çərçivəsində pozuq bir dildə nitqə malik olmaları elə bunun təsdiqidir.
Təşkilatlanmanın sirri Tehranın əlində
İran Azərbaycandakı hədəflərini ən üstün səviyyədə gerçəkləşdirmək üçün onun iradəsinə bağlı olan çoxsaylı ictimai qurumlar yaratmaqla, onları məhəlli strukturlara çevriməklə bir sıra üstünlüklər əldə etməkdədir. Həmin qurumlarda təmsil olunan Azərbaycan vətəndaşları milli dövlətçliyin təməl principlərindən uzaqlaşdırılmaqla prosesləri İranın xeyrinə çözməklə məşğuldurlar. Bu şəbəkələrə daxil olan qurumlarda insanların fikir və düşüncələri paniranizmə və panfarsizmə pərçimlənmiş bir şəkildə inkişaf edir. Bunun acı nəticələri isə milli dövlətçiliyimizin inkişafı yönündə yaranmış bir sıra problemlərlə müşahidə olunur. Çünki, panfarsizmə və paniranizmə söykəmli beyinlər üçün milli dövlətçiliyin təməl prinsipləri anlayışı olmur. Belə bir ictimai bəla və problemlərdən daha çox İran və Ermənistan yararlanır. Bu iki dövlətin təməl prinsipi isə antitürk mahiyətində bütünləşibdir. İrana yönəlik ictimai qurumların Azərbaycandakı dayaqları heç bunun fərqində də deyillər. Bu sırada mövcud olan müxtəlif qurumlar aşağıdakılardan ibarətdir:
Bakıda “İran Mədəniyyət Mərkəzi”nin maliyyə dəstəyilə nəşr olunan mətbu orqanlardan biri də “Salam” qəzetidir. Qəzetin internet saytı belədir: www.salaminfo.az. Qəzet həftədə bir dəfə nəşr edilir. “Salam” qəzeti əsasən məscidlərdə gənclər arasında yayılır. Qəzetin əsas təbliğat şəbəkələrindən biri də ziyalılarla geniş əlaqələr qurmaqdır. www.salaminfo.az internet səhifəsində Azərbaycanın ictimai həyatı ilə bağlı bütün sahələrdə geniş şəkildə məlumatlar yerləşdirir. Xüsusilə Azərbaycan və Türkiyə ordusuna qarşı yönəlik informasiyalara geniş yer verilir.
İranın maliyyə dəstəyilə yaradılan mərkəzlərdən biri də “Yeni Şərq Araşdırmalar Mərkəzi”dir. Mərkəzin internet saytı isə belədir: www.yenisharq.org. Bu saytda İran-Çin münasibətlərində Orta Şərqdə birgə strateji hədəflərə üstünlük verilməklə yanaşı, Azərbaycan məkanında şiə təriqətinə məxsus dini qurumların, ictimai təşkilatların, məscidlərin hüquqları müdafiə olunur. Ordudakı problemlər və hadisələr barədə isə antiordu təbliğatlarını işıqlandıran ionformasiya və təhillləri yerləşdirilir. Bu mərkəzin strategiyasının tərkib hissəsi kimi son illərdə gündəmə gələn Şərq-Qərb münasibətlərini xüsusi formada təhlil etmək, burada İranın və şiəliyin maraqları araşdırlır. Mərkəz 2005-ci ildən fəaliyyət göstərir. Regionda qloballaşma ilə bağlı prosesləri izləmək, Şərq-Qərb münasibətlərində yaranmış problemləri araşdırmaq və bu yöndə təhlillərlə çıxış etmək mərkəzin əsas hədəfidir.
Arrandan boylanan xəyanət
İran dövlətinin Azərbaycanla bağlı apardığı rəsmi siyasətə görə “Azərbaycanın yüzillərboyu İranın tərkib hissəsi olması, bu dövlətin ərazilərinin İranın tarixi torpaqları olaraq Aran adlanması” hədəfidir. Buna görə də İrandakı bütün elmi və tarixi kitablarda Azərbaycan dövləti və Azərbaycana məxsus tarixi ərazilər “Arran” adlanır. Bu strateji hədəflərə hesablanan və İranın Bakıda və Tehranda qurmuş olduğu əsas informasiya və təhlil mərkəzi “Arran News” Agentliyidir. Agentliyin internet səhifəsi isə berlədir: www.arannews.ir. Bu agenlik demək olar ki, Azərbaycanla bağlı informasiya savaşında ən üstün mövqelərə malikdir. Azərbaycanın bütün bölgələrində gizli “müxbir postları” şəbəkəsini də qurubdur. Ölkənin sosial, iqtisadi, mədəni, dini, maliyyə, kriminal, təhlükəsizlik, ordu, ədəbi, elmi, təhsil və digər sahələrində çox çevik şəkildə informasiya qaynaqlarını əldə etmək imkanına malikdir. Hətta ən adi və xırda görünən problemlərlə bağlı geniş informatik təhlillər aparmaq gücündədir.
“Haqq Yolu İctimai Birliyi”. Bu təşkilat İranın Qum şəhərində təhsil almış və hal-hazırda təhsilini davam etdirən tələbələr tərəfindən 2008-ci ildə yaradılıbdır. Halbuki, bu təşkilat 1995-2000-ci illərdə “Azərbaycan Mədəniyyət Mərkəzi”, 2000-2008-ci illərdə isə “Nur Mədəniyyət Mərkəzi” adı altında mövcud olubdur. Bütün hallarda bu mərkəz elmi-dini struktur kimi fəaliyyət göstəribdir. Bu mərkəzin üzvləri İranın dövlət ideologiyasına uyğun fars və ərəb dillərində nəşr edilmiş bütün əsərləri Azərbaycan və türk dillərinə tərcümə etməklə yanaşı, həm də “elmli şiə dindarı” kimi yeni kadrlar yetişdirməklə məşğulıdurlar. Bu mərkəzin üzvləri tərəfindən 1995-ci ildən indiyə kimi 300 adda İran ayətullahlarının kitabları tərcümə olunaraq nəşr edilibdir. Bu kitabların ümumi nəşri 5 milyon tirajdan artıqdır. Həmin kitablar İranın dövlət modelinə və şiəliyə uyğunlaşdırılmış şəkildə Azərbaycanın hər yerində açıq şəkildə satılır. Eyni zamanda islam dinini öyrənmək istəyənlər üçün tədris olunur. Bu kitablarda İrana məxsus dövlət modeli ana xətt kimi strateji hədəflərə hesablanmış qaydada təqdim və təlqin olunur. “Haqq Yolu İctimai Birliyi” İranın Qum şəhərindəki “Mədəni Maarif Birliyi” mərkəzinə tabedir və bu mərkəzin dəstəyilə maliyyələşdirilir. “Haqq Yolu İctimai Birliyi”nə məxsus www.haqqyolu.org internet səhifəsi müntəzəm olaraq İranın dövlət maraqlarına uyğun informasiya və təhlilləri gündəmə gətirir. Bu mərkəz həm də “Elmli dindar-tələbə hərəkatı” kimi də İran dövləti tyərəfindən təqdir olunur. Mərkəzin əsas funksiyası dünyаdа, müsəlman ölkәlәrindә vә Аzәrbаycаndа bаş verәn hаdisәlәr hаqqındа qısа vә gündәlik məlumatları əldə etmək, bаş verәn mühüm hadisələr bаrәdә hәftәlik tәhlillәr hazırlamaq, müхtәlif mövzulаrı әhаtә edәn hәftәlik mәqаlәlәri gündəmə gətirməkdir. “Haqq Yolu İctimai Birliyi”nə məxsus www.haqqyolu.com, www.haqqyolu.net, www.haqqyolu.org internet saytlarında bütün xəbərlər və təhlil yazıları əsasən Azərbaycan, rus və türk dillərində yerləşdirilir.
“Karvan” aylıq dini-ictimai jurnal. Jurnal daha çox ailə mövzularına diqqət yetirməklə dini ayinlər, hikmətlər adı altında İrana məxsus incə siyasətlə təbliğat şəbəkəsini yaradıbdır. Jurnalın internet saytı www.karvan.org. Bu sayt www.imamhuseyn.org internet şəbəkəsinin nəzdində yaradılıbdır. www.karvan.org saytı eyni zamanda virtual şəkildə islam dinini öyrənmək istəyənlər üçün xidmət göstərir. Bu yöndə saytın nəzdində “Karvan” İslam Elmləri Tədris Mərkəzi də fəaliyyət göstərir. Faktxəbər, Birlik və digər təşkilatlara cəlb edilən gənclərin əksəriyyəti Karvan Tədris Mərkəzində xüsusi olaraq hazırlanırlar.
İranın maliyyə dəstəyilə “Mənəvi Saflığa Dəvət” İctimai Birliyi adlı qurum yaradılıbdır. Təşkilartın nəzdində “Mənəvi saflıq” adlı aylıq jurnal nəşr edilir. Jurnala məxsus www.manevisafliq.com internet səhifəsi də fəaliyyət göstərir. “Mənəvi Saflığa Dəvət” İctimai Birliyi əsasən Bakının Nəriman Nərimanov adına rayonu ərazisində, daha çox Gənclik metrosu yaxınlığındakı ərazilərdə fəaliyyət göstərir. Mühüm tədbirlərini Gənclik metrosunun yaxınlığındakı “Miad” restoranında keçirir. “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin nəzdində “İntellektual xanımlar Klubu”, “İntellektual Gənclər Klubu”, “Uşaqlar Bizim Gələcəyimizdir” Məktəblilər Dərnəyi kimi təşkilatlar da yaradılıbdır.
(ardı var)
Ənvər BÖRÜSOY, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi (AMSTM)
Yorumlar
“463) AZERBAYCAN’DAN MEKTUP VAR-2: İRAN, AZERBAYCAN’I TEHDİT EDİYOR!” yazisina 1 Yorum yapilmis
Yorum yap
men guney Azerbaycan dan.bunu istiyirdim diyem ki iran Azerbaycana bir shey papamaz.biz guneyliler o qadar da gheyretimizi itirmemishiz ve biz qoymariz.yashasin Azerbaycan.