462) AZERBAYCAN’DAN MEKTUP VAR-1: İRAN, AZERBAYCAN’I TEHDİT EDİYOR!

Yayin Tarihi 17 Nisan, 2010 
Kategori AZERBAYCAN SAYFASI, KATEGORİLENMEMİŞ

Irandan Azərbaycana qarşı yeni təhdid

azerbaycan_bayragi.jpg

1-ci yazı

İmperiya siyasəti aparan dövlətlər tarix boyu özünün iqtisadi, hərbi, mədəni və digər sahələrdə təsir dairəsində saxlaması üçün digər ölkələrin ərazilərində onların maraqlarına cavab verə biləcək xüsusi ”sosial baza”lar yaradıblar. Bununla da həmin regionları daha asan idarə etmək imkanı qazana biliblər. İran Güney Qafqazda, xüsusilə Azərbaycanda özünün təsir dairəsini dərin bir siyasətə çevirmək üçün düz 19 ildir milyonlarla dollar vəsait xərcləyir. Faktiki olaraq hər il Azərbaycan, Gürcüstan və Dağıstandan İranın Qum, Qəzvin, Kirman, Məşhəd, Ərdəbil, İsfəhan, Mazəndaran, Tehran və digər şəhərlərdə fars şovinizminə və paniranizmə söykənən, bunun dərin qatlarına hesablanmış şəkildə gəncləri gətirərək onlara dini təhsil vermək adı altında İranın mənafeyinə çalşmaq kimi proseslərə cəlb edilirlər. Bu sırada Azərbaycanda son illər İranın nəzarətində olan qeyri-hökumət təşkilatlarının sayı çoxalması elə bunun təsdiqidir.

Tehranda “Arran” projesi

İranın rəsmi dövlət siyasətinə görə Azərbaycan respublikasının tarixi ərazisi “Qədim İran dövlətinin Arran vilayəti”dir. Əsil Azərbaycan torpaqları indiki Güney Azərbaycandır. Azərbaycan respublikasından İrana təhsil almağa aparılan bütün gənclərin beynində bu anlayışın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Bundan əlavə din pərdəsi altında bu vətəndaşlara fars şovinizminin ənənəvi metodologiyasına uyğun başdan-başa xurafatla dolu ideyalar təlqin edilir. Bunu həmin gənclərin təhsilini bitirdikdən sonra Azərbaycanda apardıqları fəaliyyətlər də sübut edir. Bu sırada rəsmi və ya qeyri rəsmi bütün dini təşkilatlar İranın dövlət bayramlarını və digər rəsmi tədbirlərini “islami  bayramlar və tədbirlər” şəklində ictimailəşdirmək istiqamətində təbliğatların aparılması Azərbaycan dövlətçiliyi üçün olduqca təhlükəlidir.                                                                                 

1991-ci ildə İranın Qum şəhərində yaradılan “Qafqaz-Orta Asiya Araşdırma Mərkəzi”nin nəzdində Azərbaycanla bağlı xüsusi strukturlar formalaşdırılıb. Burada çalışanlar İran xüsusi kəşfiyyat orqanlarını təmsil edən mütəxəssislərdən ibarətdir. Plana görə, Azərbaycanda “Cənub” (Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Masallı),  “Abşeron” (Bakı və şəhər ətrafı kəndlər, Xırdalan, Sumqayıt), “Muğan” (Beyləqan, Sabirabad, İmişli, Saatlı, Neftçala, Hacıqabul, Salyan), “Gəncə” (Gəncə, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Mingəçevir), “Göyçay” (Yevlax, Göyçay, Şəki, Oğuz, Qəbələ, Kürdəmir, Ucar, Zərdab), “Quba” (Quba, Dəvəçi, Siyəzən, Xızı, Xaçmaz) regional infrasturkturların yaradılmasına başladıldı. Bunun ardınca isə islam dininin şiəlik təriqətinə üstünlük verən din xadimlərini maliyyələşdirməklə yanaşı, onların vasitəsilə gənclərin İranın Qum, Qəzvin, Kərəc, Məşhəd, Ərdəbil, Tehran, İsfəhan, Mazəndaran və digər şəhərlərindəki xüsusi mərkəzlərdə təhsil almalarını təmin edibdir.                                                                

İranın ən çox diqqət yetirdiyi əsas strategiya Azərbaycan vətəndaşlarının rəsmi Tehran rejimi üçün gündəlik informasiya sorumlusu yönündə çalışdırmaqdır. Dünyada internet və rabitə texnologiyalarının sürətli inkişafından yararlanan İran Azərbaycanla bağlı bütün (siyasi, hüquqi, mədəni, maliyyə, iqtisadi, hərbi, xarici əlaqələr, hakimiyyət, mətbuat və s.) informasiya məkanında artıq geniş şəbəkəyə malikdir. Bu gün Azərbaycanda yaratmış olduğu stukturların modeli isə belədir:

 a) “Modern şiəlik”,                                                                                                                 

b) “Ənənəvi mühafizəkar şiəlik”,                                                                                              

c) “QHT şəbəkəsi” kimi formalaşdırıb.

Bu üç sahəni nəzarətdə saxlamaq üçün əvvəlki illərdən fərqli olaraq, birbaşa İrandan deyil, artıq Azərbaycanın daxilində nəzarət və idarəetmə infrastukturları yaradılıbıdır. Belə ki, Bakıda fəaliyyət göstərən:                                                                    

1. “İran Mədəniyyət Mərkəzi”,                                                                                            

2. “İmdade Xomeyni” Humanitar Yardım Mərkəzi,                                                                      

3. “Dünya Müsəlmanları-Vilayəti Fəqih” təşkilatı,                                                                    

4. “İranlı Tacirlər (işadamları) Şurası”,                                                                                     

5. “Hüseyniyyə” Mərkəzi.                                                                                                             

Bütün ictimai qurumlar vasitəsilə informasiya mərkəzlərini yaratmaqla təhsil və elm ocaqaları, səhiyyə, biznes, ticarət, polis, ordu, televiziya və mətbuat, dini təhsil, məscidlər və digər sahələri nəzarətə ala bilib. Bu beş iri mərkəzin vasitəsilə faktiki olaraq, İran Azərbaycanın gündəlik həyatını, siyasi və ictimai prosesləri nəzarətdə saxlamaqla, tədricən bu prosesi idarə etmək üçün daha geniş planları həyata keçirmək üçün Tehran, Qum, İsfəhan və Ərdəbil universitetlərində xüsusi layihələr hazırlamaqdadır.

Azərbaycanın informasiya məkanında fəaliyyət dairəsi:

Hal-hazırda İran Azərbaycanda əsasən iki sahədə informasiya məkanına üstünlük verməkdədir:                                                                                                                             

a) Azərbaycanın informasiya məkanında “modern şiəlik” tərəfdarlarından ibarət informasiya şəbəkələrini ölkənin bütün sahələrində ən aktiv duruma gətirmək,                       

) Ənənəvi şiəlik siyasətinin “mühafizəkar” kəsiminin ideoloji, dini, elmi və təriqət görümündə gücünün artırılması.                                                                                             

Bu şəbəkələr əslində Azərbaycanın hər qarışını xüsusi olaraq nəzarətdə saxlamaqla, lazım gəldikdə isə Tehranın maraqlarına uyğun sosial zümrəni səfərbər etmək kimi strateji hədəflər son zamanlar açıq şəkildə ifadə olunmaqdadır.                                                  

“Birlik-Azərbaycan” İnformasiya Agentliyi (İA). Bu agentliyə məxsus kadrlar Azərbaycanla və dünyadakı şiə məzhəbinə bağlı olan hərəkatlar, təşkilatlar və digər qurumlarla əlaqəli Azərbaycan, türk, rus, fars, ərəb və ingilis dillərində xəbərlər və analitik materiallar hazırlamaq və yayınlamaqla məşğulıdur. Agentliyin  www.birlik.az və  www.birlik.ws internet səhifələri fəaliyyət göstərir. Mərkəz eyni zamanda www.birlik.fm  internet radiosunu yaradıb. Agentliyin nəzdində “Birlik Press” adlı həftəlik qəzeti nəşr olunur. İndiyə kimi qəzetin 164 sayı çap edilib. Qəzet əsasən şiə təriqətinin maraqları çərçivəsində fəaliyyət göstərən “dini mağaza”larda və məscidlərdə satılır. Mərkəzin nəzdində Azərbaycanda gənclər arasında şiəliyin geniş şəkildə yayılması üçün VSD, MP3, SD, PERSONAL tipli disklərin hazırlanması və satışı şəbəkəsi var. Mərkəzin nəzdində  “Gənclər Şurası” və “Qadınlar Şurası” strukturları da yaradılıb. Bu mərkəz həm də kommersiya məqsədi kimi dindarların Şam (Suriya), Kərbəla (İraq) və Məşhəd (İran) şəhərlərindəki şiə liderlərinə məxsus ziyarətgahlara turist səfərlərini təşkil edir. Ziyarətə getmək istəyənlər  onlara müraciət edirlər. Mərkəzin dini yöndə əsas təbliğat və fəaliyyət dairəsi Bakı şəhərindəki, Yeni Günəşli yaşayış massividir. Burada “Fatimeyi Zəhra” adlı məscid və onun çevrəsində yaradılmış dini icma daxildir. Məscidin internet saytı isə belədir: www.fatimeyi-zehra.org. Mərkəzin strukturlarından biri də “Ziyarətlər” Turizm Agentliyidir. Agentliyin internet səhifəsi də var: www.ziyaretler.org. Burada radikal şiəlik yönündə 50-dən çox internet saytı yaradılıb. Bu yöndə İranda hazırlanmış kompüter texnologiyaları və web master ixtisası üzrə ən professional mütəxəssislər cəlb ediliblər. .                                                                                                                                  

“Salam” İnformasiya Agentliyi. Bu agentlik Azərbaycan, Güney Qafqaz və MDB məkanı üzrə  Azərbaycan, rus və fars dillərində gündəlik informasiya və analitik təhlillər istiqamətində ixtisaslaşmış bir mərkəz hesab olunur. Agentliyin  www.salamnews.org internet səhifəsi də mövcuddur. Agentliyin Bakı nümayəndəliyinin nəzdində “313” adlı aylıq jurnal nəşr olunur. Jurnalın internet səhifəsi: www.313news.net– dir. Jurnalın nəzdində “İslam Dünyası Bu Gün” İnformasiya və Analitik Təhlil Agentliyi də fəaliyyət göstərir                                                                                                                                  

İçəri şəhər “Cümə Məscidi” İcması. Bu mərkəzi idarə edənlər 1990-cı illərin ortalarında İranın Qum və Tehran şəhərlərində dini təhsil alanlardan ibarətdir. Onlar İçəri şəhərdə və Bakının köhnə məhəllələrində rusdilli əhali arasında şiəliyin yayılması və inkişaf etdirilməsi istiqamətində xüsusi layihələr əsasında çox geniş şəbəkələr qurublar. Hal-hazırda “Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi” (DEVAMM) təşkilatını yaratmaqla Polşadakı “Şərqi Avropada Demokratiya İnstitutu” ilə yaxın əlaqələr quraraq “modern islam” aiyasətinə dayanıqlı proseslərdə iştirak edirlər. Eyni zamanda “Dindarların Hüquq və Azadlıqlarının Qorunması” adı altında “Modern İslam” siyasətinə dayanıqlı olan dini şəbəkələrin (şiəlik) hüquqlarının qorunmasında əsas aparıcı simaya çevriliblər. DEVAMM bir təşkilat olaraq həm İran, həm də Qərblə sıx təmaslar quraraq gərəkən dini siyasət modelinə uyğunlaşma projesinin önündə durmaq siyasəti aparır. Bunu həmin quruma məxsus rus və Azərbaycan dillərində “Dəyərlər” adlı qəzetlərinin kursunda da görmək mümkündür. Modern islamçıların nəzarətində olan “Dəyərlər” qəzeti, www.deyerler.org saytı, www.radio.deyerler.org internet radiosu və “Azerbaijan İslam News” (Azərbaycan İslam Xəbərləri”) agentliyi fəaliyyət göstərir.                                                                                                                       

“Faktxəbər” İnformasiya və Analitik Mərkəzi. Burada daha çox gənclərdən ibarət olan şəxslər çalışırlar. Bu agentlik İran, Türkiyə və Azərbaycan üzrə ixtisaslaşıbdır. Belə ki, Türkiyədə son illər cəfərəliyin (şiəlik) əsas qolları hesab edilən “ələvilik”, “cəfərilik”, “əliallahilik”, “hüseyniyyə”, “Əhli Beyt” və digər cərəyanlar inkişaf etməkdə və aktivləşməkdədir. Bu qurumlar Türkiyədə daha çox Azərbaycan mənşəli əhali və kürdlər arasında geniş yayılıbdır. Türkiyə ərazilərində 1501-ci il tarixdən başlanılan bu proses ilk dəfə olaraq həm ictimailəşməkdə, həm də siyasiləşməkdədir. Xüsusilə Ədalət və İnkişaf Partiyasının (AKP) 2002-ci ildə iqtidara gəlişindən sonra, dini təriqət və məzhəblərin hüquqlarının artırılması siyasətindən yararlanan İran tərəfindən çox çevik şəkildə şiəlik istiqamətində geniş təbliğat şəbəkələrini qurmaqla bərabər, məscidlərdə, dini təhsildə, qəzet və jurnalların nəşrində, televiziya kanallarının yaradılmasında, müxtəlif informasiya və təhilil mərtkəzlərinin qurulmasında, biznes və ticarət şəbəkələrinin formalaşmasında xeyli miqdarda vəsait xərclənilibdir. “Faktxəbər” İnformasiya və Analitik Mərkəzinə məxsus www.faktxeber.com internet  saytında müəllif kimi çıxış edənlər də məhz bu şəbəkəyə məxsus olanlardan ibarətdir.

(ardı var)

Ənvər BÖRÜSOY, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi (AMSTM)

Paylaş:

Yorumlar

“462) AZERBAYCAN’DAN MEKTUP VAR-1: İRAN, AZERBAYCAN’I TEHDİT EDİYOR!” yazisina 1 Yorum yapilmis

  1. sahand yorum tarihi 6 Aralık, 2010 22:51

    siza minnatdaram bu xabarlariniz ichin.benim blogum http://www.eloglu.blogfa.com

Yorum yap